Nemtsov abort olunan ukraynalı modelin qurbanı olub? - VERSİYA
Bizi izləyin

Dünya

Nemtsov abort olunan ukraynalı modelin qurbanı olub? - VERSİYA

Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski “LifeNews” telekanalın birbaşa yayımında Rusiya siyasətçisi Boris Nemtsovun qətli barədə versiyalarını açıqlayıb.

Publika.az xəbər verir ki, Jirinovski müxalifətçinin qətlinin səbəbinin məişət mübahisələri və Nemtsovun həmsədri olduğu “RPR-PARNAS” Partiyasında daxili mübarizə ola biləcəyini deyib.

“Mən məişət versiyasını istisna etmirəm. Onun yanında gənc qız - ukraynalı top-model var idi. Ukraynadan hansısa bir nəfər Moskvaya gələrək qisas ala bilərdi. Digər bir versiya - “RPR-PARNAS” daxilində liderlik uğrunda mübarizədir. Hazırda Nemtsov və ya Kasyanovdan kimin birinci olacağı barədə söhbət gedir. Birinci şəxsin olmadığı halda, təşkilatla rəhbərlik etmək çətindir”, - Jirinovski bildirib.

Qeyd edək ki, Boris Nemtsov dünən Moskvanın mərkəzində qətlə yetirilib. Müstəntiqlər müxalifətçinin qətlinin üç versiyasına baxırlar. Birinci versiyaya görə, Boris Nemtsovdan abort olunan məşuqəyə görə qisas ala bilərlər. Mənbənin məlumatına görə, ukraynalı model Anna Duriskaya yaxın vaxtlarda abort etmək üçün Moskvadan İsveçrəyə uçub. Xəfiyyələr həmçinin güman edirlər ki, qətlin motivi həlak olmuş siyasətçinin xarici sponsorlardan aldığı pul ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm