Ankara və HDP PKK-ya Öcalanın çağırışını açıqladı
Bizi izləyin

Dünya

Ankara və HDP PKK-ya Öcalanın çağırışını açıqladı

Türkiyə hökuməti və Xalqların Demokratik Partiyası (HDP) arasında 2 həftəlik fasilədən sonra Dolmabahçedəki Baş nazirlik ofisində görüş keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra birgə bəyanat verilib.

Görüşdə Türkiyə hökumətinin daxili işlər naziri Efkan Ala, baş nazir köməkçisi Yalçın Akdoğan, AKP-li millət vəkili Mahir Ünal, HDP-ni isə Sirri Süreyya Öndər və İdris Baluken təmsil edib. HDP heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata fövqəladə konqres keçirilməsi barədə müraciət etdiyini açıqlayıb. Qeyd edilib ki, Öcalan silahlı mübarizənin demokratik siyasətlə əvəzlənməsini istəyib.

HDP-li Sirri Süreyya Öndər “'PKK-nı silahı yerə qoymaq üçün konqres keçirməyə çağırırıq” deyib.

PKK silahı yerə qoyarsa, bu terror təşkilatının 1984-cü ildən indiyə kimi apardığı silahlı mübarizənin də başa çatdığı anlamına gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm