Nemtsovu müsəlmanlar öldürə bilər – Rəsmi versiya
Bizi izləyin

Dünya

Nemtsovu müsəlmanlar öldürə bilər – Rəsmi versiya

"Rusiya müxalifətçisi Boris Nemtsovun Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyi onun qətlinin motivi ola bilər".

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, müxalifətçinin qətli ilə bağlı mümkün versiyalardan biri istintaqçıları islam ekstremistlərinin izi ilə aparır. Markin qeyd edib ki, qətl hadisəsindən bir neçə saat keçməsinə baxmayaraq, istintaq prosesində əhəmiyyətli nəticələrə nail olmaq mümkün olub.

Xatırladaq ki, Nemtsov Rusiya Müftilər Şurasının “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edən terrorçuların əməlinə bəraət qazandırdığını bildirmişdi: “Terrorçuların vəkili kimi çıxış edən təşkilat yeni terror aktlarında onlarla bir hərəkət edəcəyini az qala nümayiş etdirmiş olur. Bu məqalələrin müəllifləri olan təşkilatlar Rusiya Cinayət Məcəlləsinin 280 və 282 maddəsi ilə mühakimə olunmalıdırlar”.

Bundan əvvəl isə Rusiya Müftilər Şurası Paris terror aktı ilə bağlı açıqlamasında müsəlmanları sakitliyi qorumağa çağırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm