Ankaraya ittiham: “Briqadanın döyüşçüləri Türkiyədə təlim keçirlər”
Bizi izləyin

Dünya

Ankaraya ittiham: “Briqadanın döyüşçüləri Türkiyədə təlim keçirlər”

“HƏMAS terrorçu təşkilatının hərbi qanadı olan "İzəddin əl-Kasam" briqadasının döyüşçüləri Türkiyədə təlim keçir”.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Aharonot” qəzeti yazıb.

Qəzetin verdiyi xəbərə görə, İsrail Fələstin müqavimət hərəkatının ən əhəmiyyətli təşkilatı olan HƏMAS-a verdiyi dəstəyin dayandırılması üçün ABŞ vasitəsilə Türkiyəyə təzyiq edir. Türkiyənin isə ABŞ-ın bu istəyinə rədd cavabı verdiyi bildirilir.

İsrail nəşri HƏMAS-ın 2013-cü ildə Türkiyədə hərbi düşərgələr qurduğunu və hərbi təlim fəaliyyətlərinə başladığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm