Dünya
Ərdoğan: “Mənim edam olunmağımı istəyirdilər” - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Halic Konqres Mərkəzində keçirilən tədbirdə şok bir iddia ilə çıxış edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı 28 fevral 1997-ci il hərbi dövlət çevrilişi dönəmində onun edamını istədiklərini bildirib.
“Millətim bizi sahibsiz qoymadı.28 fevralda istədiklərinə nail olandan sonra özlərini elə güclü görürdülər ki, 28 fevralın yüz il davam edəcəyini düşünürdülər. Bunlar kəramət sahibi idilər. Kəramətlərini gördük, yalançının şamı şama qədər yandı. Siyasi həyatımı bitirdiklərinə elə əmin idiləri”, - prezident Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, çox yaxşı tanıdığı bir prokuror onunla bağlı iddia qaldıranda şok olmuşdu.
Qeyd edək ki, bu gün Türkiyədə ordunun həyata keçirdiyi son hərbi dövlət çevrilişindən 18 il ötür. 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirilib. Fevralın 28-də başlayan bu proses eyni il iyun ayının 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələndi. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də, dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana vətən partiyası) sədri Məsud Yılmaza vermişdi. M. Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurmuşdu.
Ömər Dağlı
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO