
Qahirə Cinayət Məhkəməsi Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası, 14-ü barəsində ömürlük həbs cəzası kəsib.
Onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı
qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham
ediliblər. O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin
tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər
həlak olub, 90-dan çox adam yaralanıb.
“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini
Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük
həbs cəzası alıblar.