Alman parlamentində PKK müzakirəsi - ŞOK
Bizi izləyin

Dünya

Alman parlamentində PKK müzakirəsi - ŞOK

Almaniyada Federal Məclisində PKK-nın AB terror təşkilatları siyahısından çıxarılması təklifi müzakirə edilib.

Axar.az xəbər verir ki, Federal millət vəkili Ulla Jelpke məclisin iclasında belə çıxış edib: “Almaniyada PKK-nın fəaliyyəti qadağandır. Türkiyənin özü Öcalan ilə siyasi çözüm müddəti içərisindədir. PKK terror təşkilatları siyahısından çıxarılmalıdır”.

Dünən Alman Sol Partiyası məclis heyətinin təklifi ilə Federal Məclisin iclasında PKK qadağası müzakirə olunub. Qrup adından danışan Federal millət vəkili Ulla Jelpke 20 il əvvəl PKK-nın fəaliyyətinin Almaniyada qadağan edildiyini xatırladaraq belə deyib: “Almaniyada PKK-nın fəaliyyəti qədər simvolları da qadağandır. Qadağan edilən simvollar arasında Öcalanın şəkilləri də var. Halbuki Türkiyədə bu afişalar mitinqlərdə açıq şəkildə istifadə edilir. Almaniyada təxminən 1 milyon kürd vətəndaşı PKK qadağasından əziyyət çəkir. Türkiyənin özündə PKK, Öcalan problemi həll olunmaqdadır, buna görə də PKK-nın adı terror siyahıları arasından çıxarılmalıdır”.

Mühafizəkar partiyalar adından çıxış edən Klemens Binninqer PKK qadağanının Almaniyada davam etməli olduğunu deyib. Yaşıllar Partiyasının deputatı İren Mixaliç isə belə çıxış edib: “PKK qadağanın aradan götürülməsini istəyirsə, özünü dəyişdirsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm