• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Merkel Yanukoviçi devirmək istəyənlərə təlimat verdi

  • Dünya
  • 18 Fevral 2014 10:12
  • 454 Baxış
Merkel Yanukoviçi devirmək istəyənlərə təlimat verdi


Ukrayna müxalifətinin liderləri Arseni Yasenyuk və Vitali Kliçko Berlində Almaniya kansleri Angela Merkellə görüşüblər.

Publika.Az-ın “Azadlıq radiosu”na istinadən verdiyi məlumata görə, Yasenyuk deyib ki, onlar Ukraynanın prezident respublikasından parlament respublikasına keçidinin mühümlüyünə inanırlar. Və prezident Viktor Yanukoviçdən tələb edirlər ki, bu keçidi reallaşdırmaq, “Ukraynanı demokratik dövlətə çevrilmək” üçün parlamentdə ayrıca qanun qəbul edilsin:

“Biz ölkəmizdə əsas siyasi qüvvələri əhatə edən, avropayönlü hökumətin qurulmasını istəyirik, korrupsiyalaşmış hökumətin yox. Belə etibarlı hökumət avropalı, qərbli tərəfdaşlarımızdan dəstək alaraq ölkəmizdə maliyyə vəziyyətini düzəldə bilər”.

Yasenyuk düşünür ki, Ukrayna Beynəlxalq Valyuta Fondu ilə danışıqları bərpa etməlidir. Bundan başqa, onun fikrincə, Ukraynada qurulmalı olan avropayönlü hökumətin Rusiya ilə şəffaf münasibətləri olmalıdır. Rusiyanın da Ukraynaya münasibəti aydın və şəffaf olmalıdır. ”Bizim rusiyalı tərəfdaşlarımızdan istəyimiz odur ki, avropalı, qərbli tərəfdaşlarımız kimi məqsədlərini açıq desinlər” – deyə müxalifət lideri vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR