İŞİD-in maliyyə mənbəyi açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in maliyyə mənbəyi açıqlandı

İslam Dövləti ekstremist qrupunun yaraqlıları yeni əraziləri zəbt etmədikdə onların maliyyə mənbəyi azalır.

Publika.az-ın məlumatına görə, bu bzrədə Terrorizmin maliyyələşdirilməsini tədqiq edən Fransa qrupunun yeni hesabatında deyilir. Maliyyə tədbirləri üzrə işçi qrupu İraq və Suriyada geniş əraziyə nəzarət edən İslam Dövləti qrupunun hazırkı maliyyə axınının qarşısını almaq üçün qlobal səviyyədə səylərin artırılmalı olduğunu bildirib.

Hesabatda qeyd edilir ki, silahlı qrup gəlirinin əksər hissəsini zəbt etdiyi yeni ərazilərdə cinayətkarlıqla əldə edir. Qrup öz qəddar əməllərini neft obyektlərini ələ keçirmək, banklar və fermerləri soymaq, insan oğurlayaraq pul tələb etmək və xariciləri ianələr verməyə cəlb etməklə maliyyələşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm