Türkiyədə soyqırımı ermənilər törədib
Bizi izləyin

Dünya

Türkiyədə soyqırımı ermənilər törədib

“Osmanlı 1915-ci ildə hətta ermənilərin özünü də ermənilərdən qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa aclıqdan ölmək üzrə olan ermənilərə yemək payladı”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Luisvil Universitetinin tarix professoru Jastin Makkarti çıxış edib. Makkarti Toronto Universitetində Kanada Türk Dərnəkləri Federasiyası tərəfindən təşkil edilən “Şərqi Anadoludakı insanlıq faciəsinin 100-cü ili” konfransında 1915-ci il hadisələri ilə bağlı önəmli açıqlamalar verib: “1915-ci ildə Osmanlıdakı ermənilər Rusiyanın təşviqi ilə dövlət qurmaq istədilər. Bir dövlətin vətəndaşlarının mərkəzə qarşı çıxmaları ilə bağlı görülən tədbirlər soyqırım sayıla bilməz. Ermənilər yaşadıqları dövlətə qarşı çıxdılar. Bunun adı nədir? Buna vətən xainliyi deyirlər. O dövrdə Osmanlının ən güclü və nizamlı ordusu şərq bölgəsində idi. Ermənilər ingilislərə Bağdad dəmiryolunu məhv etməklə Osmanlıya zərbə vurmağı təklif etdilər. Bağdad dəmiryolunun məhvi Osmanlı dövlətinin yarısının getməsi, müharibənin də itirilməsi mənasına gəlirdi. Lakin buna baxmayaraq, Osmanlı erməniləri qorudu. Erməniləri baş qaldırdıqları bölgələrdən başqa ərazilərə köçürdülər. Hətta Osmanlı erməniləri ermənilərdən belə qorudu. Ermənilərin nifrət etdiyi Camal Paşa aclıqdan ölmək üzrə olan ermənilərə yemək payladı. Ermənilər şərqdə Osmanlı əsgərlərini, dövlət rəsmilərini belə öldürdülər. Onları təhqir edib, işgəncələr verdilər. İndi kim soyqırım törədib? Hər halda Osmanlı yox. Osmanlı rəhbərliyi bu hadisələrdən sonra erməniləri asanlıqla öldürə bilərdi. Lakin onların yerlərini dəyişməklə cavab verdilər. Əlimizdə minlərlə sənəd var. Bu sənədlər türklərin yox, ermənilərin soyqırım törətdiyini göstərir”.

Amerikalı professorun bu sözlərinə konfrans salonunda olan bir qrup erməni etiraz edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm