Ukraynadan Rusiya vətəndaşlarına qadağa
Bizi izləyin

Dünya

Ukraynadan Rusiya vətəndaşlarına qadağa

Martın 1-dən Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmaları ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Publika.az-ın məlumatına görə, yeni qaydaya əsasən bu gündən etibarən Ukraynaya səfər etmək istəyən Rusiya vətəndaşları üçün xarici pasportun olması mütləqdir.

Müvafiq qərarı fevral ayının əvvəlində Ukrayna baş naziri Arseniy Yatenyuk imzalayıb.

Bundan öncə Rusiya vətəndaşları daxili pasportla Ukraynaya gedə bilirdilər. Rəsmi Kiyev yeni qaydanın tətbiqini Ukrayna-Rusiya sərhəddinə nəzarəti gücləndirmək və milli təhlükəsizlik maraqları ilə izah edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm