• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD-ə qoşulan qızların son FOTOLARI

  • Dünya
  • 1 Mart 2015 19:13
  • 1 025 Baxış
İŞİD-ə qoşulan qızların son FOTOLARI

İngiltərədən İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyi ehtimal olunan məktəbli qızların son görüntüləri yayılıb.

Publika.az-ın məlumatına görə, qızlar sonuncu dəfə Türkiyənin İstanbul şəhərində görüblər. Onlar bilet almaq üçün vağzalda 18 saat gözləyib, səhəri gün isə yola düşüblər.

Qızlardan ikisinin 15, birinin isə 16 yaşı olduğu bildirilir. Onlar fevralın 17-də Londondan İstanbula gəliblər. İngiltərəli rəsmilər bunu Türkiyəyə 3 gün sonra bildiriblər. Onlar həmçinin qızların İŞİD terror qruplaşmasına qoşulmaq üçün gəldiklərini deyiblər. İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsi dərhal araşdırmalara başlayıb. Təhlükəsizlik kameraları vasitəsilə qızların bütün hərəkət marşrutu dəqiqləşdirilib.

İngilis polisi gec məlumat verdiyinə görə Türkiyənin sərhəd polisləri də gec xəbərdar ediliblər. Artıq İstanbulu tərk edən qızların Suriyaya keçib-keçmədikləri araşdırılır.

Görüntülərdə vağzalda olarkən 3 yeniyetmənin bəzi vaxtlarda bir qrup insanla birlikdə hərəkət etdiyi də müəyyən edilib. İngilis polisi hal-hazırda qızlara kimlərinsə kömək edib-etmədiyini müəyyənləşdirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR