Nemtsovu qətlə yetirənin başına pul qoyuldu
Bizi izləyin

Dünya

Nemtsovu qətlə yetirənin başına pul qoyuldu

Rusiyanın İstintaq Komitəsi müxalifətçi Boris Nemtsovun qətli haqqında iş üzrə qiymətli informasiya üçün mükafat təyin edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, mükafatın məbləği 3 milyon rubldur.

İstintaq Komitəsi qətlin araşdırılmasına kömək edəcək məlumatları verən bütün şəxslərin anonimliyinin saxlanılmasına söz verib. Komitə daha əvvəl cinayətin şahidlərinə müraciət edərək idarə ilə əlaqənin yaradılmasını xahiş edib.

KİV-in məlumatına görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları şahidin məlumatı əsasında Boris Nemtsovun qatilinin foto təsvirini müəyyən edə bilib. Cinayətin törədilməsində şübhəli hesab olunan şəxs 170-175 santimetrlik boya, adi bədən quruluşu və tünd qara saçlara malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm