Dünya
Rusiya Qərb kəşfiyyatının ikiqat agentini deportasiya etdi
Latviya Mülki Aviasiyanın baş inspektoru Andrey Dudarev Rusiyadan deportasiya olunub.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Dudarev Latviya və Amerika xüsusi xidmət orqanlarının agenti idi.
“Andreyə komediyanın başa çatdığı elan edilib. O, Rusiyada arzuolunmaz şəxsdir və ölkəmizə girişi on ilə qədər qadağan edilib”, - xəbərdə deyilir.
Məlumata görə, latviyalı 22 il ərzində Qərb xüsusi xidmət orqanlarına işləyib. “Agent Tomas" adlandırılan Andrey son 4 il ərzində Rusiya xüsusi xidmət orqanları ilə əlaqələr yaratmağa çalışırdı. O, 2014-cü ilin noyabrında Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə görüşərək Qərbdəki həmkarları haqqında materiallar qarşılığında Rusiya hərbi aviasiya sahəsində işə düzəldilməsini xahiş edib.
Dudarev iddia edirdi ki, onun arxivi NATO-nun Baltikyanı ölkələrdəki mövqelərinə güclü zərbə vura bilər. O, Rusiyanın hava məkanına nəzarət üçün yerləşdirilən ABŞ-ın “Baltnet” radiolokasiya kompleksindən danışıb.
Lakin Dudarevin verdiyi məlumatların yoxlanılmasından sonra Federal Təhlükəsizlik Xidməti onu “pis hazırlanmış casus” adlandırıb. Belə ki, ikiqat agentin arxivlərindəki informasiyanın böyük hissəsi NATO-nun köhnəlmiş planı olduğu məlum olub.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO