Levon Ter-Petrosyan: “Sənəd Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”
Bizi izləyin

Dünya

Levon Ter-Petrosyan: “Sənəd Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”

Ermənistan Milli Konqresinin lideri və ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı qəbul edilən “Ümumerməni bəyannaməsi”nin qəbuluna görə hakimiyyəti sərt tənqid edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, sabiq prezident “Ümumerməni bəyannamə”sinin ermənilərə problem yaradacağını bildirib.

“Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ probleminin nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq”, – Levon Ter-Petrosyan deyib.

Qeyd edək ki, sözügedən sənəddə “erməni soyqırımı”nın tanınması, “Qərbi Ermənistan” və Osmanlı imperiyasında yaşayan ermənilərə maddi və mənəvi zərərə görə kompensasiyaların ödənilməsi, həmçinin Sevr müqaviləsində göstərilən sərhədlər çərçivəsində Ermənistanın ərazisinin genişləndirilməsi tələbləri yer alıb.

Levon Ter-Petrosyanın fikrincə, sənədə görə Ermənistanın hətta dost ölkələrin köməyini itirməsi qorxuları var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm