PKK silahı necə təhvil verəcək: 7 mərhələli “Yol xəritəsi”
Bizi izləyin

Dünya

PKK silahı necə təhvil verəcək: 7 mərhələli “Yol xəritəsi”

Xəbər verildiyi ki, fevralın 28-də Türkiyə hökuməti və Xalqların Demokratik Partiyası (HDP) arasında 2 həftəlik fasilədən sonra görüş keçirilib. Görüşdə Türkiyə hökumətinin daxili işlər naziri Efkan Ala, baş nazir köməkçisi Yalçın Akdoğan, AKP-li millət vəkili Mahir Ünal, HDP-ni isə Sirri Süreyya Öndər və İdris Baluken təmsil edib. HDP heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata fövqəladə konqres keçirilməsi barədə müraciət etdiyini açıqlayıb. Sirri Süreyya Öcalan “PKK-nı silahı yerə qoymaq üçün konqres keçirməyə çağırırıq” deyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Öcalanın terror təşkilatına çağırışından sonra 7 mərhələli “yol xəritəsi” ortaya çıxıb.

“Yol xəritəsi”nə görə 4-cü mərhələdə PKK-nın əlindəki silahlar dövlətə təhvil veriləcək.

Yeddi mərhələli “Yol xəritəsi”

1.Hökumət və HDP-nin birgə müəyyənləşdirdiyi 14 nəfərlik qrup yaradılacaq və həmin qrupdan bir neçə nəfərin yer aldığı HDP heyəti Öcalanın həbsdə olduğu İmralı adasına gedəcək.

2.KCK-nın (PKK-nın şəhərlərdə fəaliyyət göstərmək üçün qurulmuş siyasi qolu) həbsdə olan xəstə üzvlərinin azadlığa buraxılması təmin ediləcək.

3. İmralı adasında Abdullah Öcalanın yanındakı məhkumlar dəyişdiriləcək.

4.PKK yaz aylarında Konqresi çağıraraq atəşkəsi elan edəcək və silahlarını təhvil verəcək. PKK-nın silahları kimə, harada və hansı şərtlər altında təhvil verəcəyi Koordinasiya Komitəsi tərəfindən müəyyənləşdiriləcək.

5.Hökumət isə 10 maddəlik “Yol xəritəsi”ndə yer alan addımları atmağa başlayacaq.

6.Koordinasiya Komitəsi lazımı addımların atıldığını bəyan etsə, növbəti mərhələ başlayacaq və Öcalan silahı yerə qoyması barədə PKK-ya etdiyi çağırışı təsdiqləyərək deklarasiyaya çevirəcək.

7.Bundan sonra parlament və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə yaradılacaq qrup prosesi davam etdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm