Ukraynada böyük müharibə hazırlığı: 250 minlik ordu
Bizi izləyin

Dünya

Ukraynada böyük müharibə hazırlığı: 250 minlik ordu

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Ukraynanın Silahlı Qüvvələrinin sayının artırılması haqqında qanun layihəsi göndərib.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, 2269 saylı qanun layihəsi bu gün Ali Radada qeydə alınıb.

Qanun layihəsində qeyd edilir ki, hərbi sahədə Ukraynanın milli təhlükəsizliyinə olan təhlükələr nəzərə alınaraq Ukraynanın Silahlı Qüvvələrində operativ komandanlığın iki idarəsi, on bir briqada, dörd alay, on səkkiz batalyon, on altı ayrı bölük və on üç müxtəlif təyinatlı bölük formalaşdırılır. Qanun layihəsində Ukraynanın Silahlı Qüvvələrinin sayının 250 minə, o cümlədən 204 min hərbi qulluqçuya çatdırılması nəzərdə tutulub.

Ukrayna prezidenti Poroşenko daha əvvəllər də bildirib ki, Ukrayna ordusunun şəxsi heyətinin sayının 250 minə qədər çatdırılması planlaşdırılır. Silahlı Qüvvələrin sayının 250 minə çatdırılmasının vacib olduğunu Ukraynanın baş naziri Arseniy Yasenyuk da dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm