Dünya
Obama: "İsrail qırıcılarını vurun"
ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasındakı gərginliklə bağlı maraqlı bir iddia irəli sürülüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın nüvə obyektlərini bombalamaq istəyən İsrail Obamanın “İsrailin qırıcılarını vurun” əmrindən sonra geri addım atıb.
Hazırda ABŞ Konqresinin dəvəti ilə Vaşinqtonda olan Benyamin Netanyahunun Konqresdəki çıxışında Obamanın İranla bağlı siyasətini tənqid edəcəyi gözlənilir. İki lider arasında İranla bağlı gərginlik “altılıq” ölkələrinin İranla imzaladığı ilkin nüvə sazişindən sonra yaranıb. İsrail Obamanın İranı Qərb ilə yaxınlaşdırma siyasətinə qarşı çıxır.
Ötən ilin yazında Qəzza qətliamı zamanı Amerika hər nə qədər İsraili dəstəkləsə də, ABŞ İsrailin tələb etdiyi “Cəhənnəm atəşi” adlı silahların satışını gecikdirmişdi.
Küveyt mediasının yazdığına görə, İsrailin baş naziri Netanyahu bir müddət əvvəl İranın nüvə obyektlərinin bombalanması qərarına gəlib. Netanyahu müdafiə naziri Moşe Yaalon, xarici işlər naziri Aviqdor Liberman və Baş Qərargah başçısı Beni Gants ilə görüşlərdən sonra İrana qarşı hərbi əməliyyata başlanılması barədə təlimat verib. İsrailin döyüş təyyarələri bir neçə həftə ərzində İranın hava məkanına radarlardan yayınmaqla daxil olmaq üçün manevrlər edib.
Məlumata görə, hərbi əməliyyata hazırlıqların tamamlandığı vaxtda ABŞ dövlət katibi Con Kerri ilə yaxın olan israilli üst səviyyəli bir səlahiyyətli Netanyahunun İrana hücum planını Kerriyə çatdırıb. Kerri isə əməliyyat barədə Obamaya məlumat verib. ABŞ prezidentinin isə İsrailin İrana hücum edəcəyi halda döyüş təyyarələrinin vurulması barədə təlimatı verdiyi iddia edilir. Nəticədə Netanyahunun İrana hücum planından imtina etdiyi bildirilir.
Ömər Dağlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO