• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mafiya başçısı həbsxanada edam edildi

  • Dünya
  • 3 Mart 2015 05:37
  • 692 Baxış
Mafiya başçısı həbsxanada edam edildi

Əfqanıstanda Rəis Hüdaydad adı ilə tanınan məşhur mafiya lideri Seyidullah edam edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mafiya liderinin edamı paytaxt Kabilin Poli Çarhi həbsxanasında həyata keçirilib.

Təxminən 8 ay əvvəl Kabil Təhlükəsizlik Müdirliyinin əməliyyatı nəticəsində həbs olunan Hüdaydad adam qaçırma, fırıldaqçılıq, oğurluq və adam öldürmək kimi cinayətlərdə ittiham olunub. Onun adı “İnterpol”un siyahısında da yer alırdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR