• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Netanyahu İranın son məqsədini açıqladı

  • Dünya
  • 3 Mart 2015 05:59
  • 806 Baxış
Netanyahu İranın son məqsədini açıqladı

ABŞ-a qalmaqallı bir səfər reallaşdıran İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ilk bəyanatını verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu dünya güclərinin İranın nüvə silahına sahib olmasına maneə törətməli olduğunu bildirib.

“İran beş qitədə terrorçuları dəstəkləyir və onları silahlandırır. İranın nüvə silahları ilə nələr edə biləcəyini bir düşünün. Nüvə silahı olan bir İran son məqsədi İsraili yox etmək arzusunu reallaşdıran İran olacaq”, - İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, Netanyahu səfəri ABŞ Konqresinin dəvəti əsasında baş tutub. Baş nazir Konqresdə İranın nüvə proqramı mövzusunda çıxış edəcək. Onun İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun siyasətini tənqid edəcəyi gözlənilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR