Dünyanın ən varlı adamları - SİYAHI
Bizi izləyin

Dünya

Dünyanın ən varlı adamları - SİYAHI

Bil Qeyts 16-cı dəfə Forbes jurnalının illik varlılar siyahısının lideri olub.

Publika.az-ın məlumatına görə, Microsoft şirkətinin banisindən sonra ikinciliyi yenə də Meksika biznesmeni Karlos Slim qazanıb.

Qeytsin sərvəti 2014-ci ilin fevralından bu günədək 3 milyard dollar artaraq 79 milyard dollar olub.

Forbes-ə görə, indi bütün dünyada 1826 milyarder var. Onların sayı son 12 ayda 181 nəfər artıb.

Əfsanəvi ABŞ sərmayəçisi Varren Buffett 72, 7 milyard dollarlıq sərvəti ilə üçüncülüyü İspaniyanın Zara dəbli geyim şəbəkəsinin sahibi Amansio Ortegadan geri alıb.

Forbes jurnalının 2015-ci il üçün zənginlər siyahısının ilk onluğu aşağıdakı kimidir:

1. Bill Qeyts $79.2 milyard (Microsoft)

2. Karlos Slim Helu $77.1 milyard (Telefonlar və Meksikada tikinti işləri)

3. Varren Buffett $72.7 milyard (Qlobal sərmayəçi)

4. Amansio Ortega $64.5 milyard (Zara və digər geyim şəbəkələri)

5. Larri Ellison $54.3 milyard (Oracle məlumat bankları texnologiyası)

6. Çarles Koç $42.9 milyard (Sənayeçi)

7. Deyvid Koç $42.9 milyard (Sənayeçi)

8. Kristi Valton $41.7 milyard (Volmart satış nəhəngi)

9. Cim Valton $40.6 milyard (Volmart satış nıəhəngi)

10. Liliane Bettencourt $40.1 milyard (L'Oreal kosmetika firması)

Siyahının ilk 20-liyində ABŞ texnologiya şirkətlərinin rəhbərlıəri liderlik edirlər.

Siyahıdakı ilk qadın - Kristi Valton Volmartın banisi Con Valtonnun dul xanımıdır.

Facebook-un yaradıcısı Mark Zuckerberg siyahıda 5 pillə yüksələrək 16-cı yerə qalxıb. Onun sərvəti 33, 4 milyard dollardır.

Milyarderlər siyahısında ən gənc şəxs mesajlaşma aplikasiyası Snapçatı yaradan 24 yaşlı Evan Spiegeldir. Onun 1, 5 milyard dolları var.

Rusiyanın Lukoil şirkətinin rəhbəri Vagit Ələkbərov 16, 2 milyard dollarla 96-cı yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm