Nemtsovun qatillərinin yeni görüntüləri yayıldı - VİDEO
Bizi izləyin

Dünya

Nemtsovun qatillərinin yeni görüntüləri yayıldı - VİDEO

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətl işini araşdıran istintaqçılar güman edilən qatillərin istifadə etdiyi avtomobilin marşrutunu Böyük Dmitrovka küçəsinə qədər izləyiblər.

Publika.az xəbər verir ki, görüntüləri “LifeNews” telekanalı yayıb.

Kameraların qeydə aldığı görüntülərə əsasən, Nemtsovun qətlindən dərhal sonra cinayətkarların avtomobili Böyük Moskva çayı körpüsündən sağa - Bolotnaya küçəsinə dönüb. Cinayətkarların avtomobili həmin küçədən isə böyük sürətlə Böyük Daş körpüsünə qalxıb. Avtomobil Böyük Daş körpüsündən Tver küçəsinə keçib. Bundan sonra Dövlət Dumasının yanından keçən cinayətkarlar Böyük Dmitrovka küçəsinə dönür və orada sıx avtomobil axınında itirlər.

Dünən isə REN TV telekanalı qatillərinin istifadə etdiyi avtomobilin görüntülərini yayıb. Telekanalın saytındakı materialda deyilir ki, Ukraynada istehsal olunan “ZAZ Chance” avtomobili Moskva ətrafında qeydə alınıb. Artıq avtomobilin sahibəsi də dindirilib. Amma o bildirib ki, avtomobili çoxdan satıb.

Qətli araşdıran istintaqçılar qatillərin siyasətçini tam bir ay izlədiyini müəyyənləşdiriblər. Polis əməkdaşları və müstəntiqlər müəyyən edib ki, Ukrayna istehsalı olan “ZAZ Chance” dörd həftə boyunca Nemtsovun olduğu yerlərdə peyda olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm