Merkel Putini Berlinə çağırdı
Bizi izləyin

Dünya

Merkel Putini Berlinə çağırdı

Almaniya, Fransa, Ukrayna və Rusiyanın liderləri arasında ötən gecə telefon söhbəti olub.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı Almaniya kansleri Angela Merkel Ukraynada vəziyyətin nizama salınması üzrə danışıqların keçirilməsi üçün “Normandiya dördlüyü” ölkələrinin liderlərini Berlinə dəvət edib.

Rusiya, Ukrayna və Fransa liderlərinin kanslerin dəvətini necə qarşıladığı barədə məlumat verilmir.

Daha əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat katibi Svyatoslav Seqolko bildirib ki, martın 4-də Ukrayna, Fransa, Almaniya və Rusiya xarici işlər nazirlərinin müavinləri Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm