London İstanbula polis yeritmək istəyir - TƏKLİF
Bizi izləyin

Dünya

London İstanbula polis yeritmək istəyir - TƏKLİF

İngiltərə Daxili İşlər Nazirliyi Ankara tərəfindən heç də xoş qarşılanmayacaq təklif səsləndirib.

Publika.az xəbər verir ki, İngiltərə İŞİD-ə qoşulmağa çalışan vətəndaşlarının tutulması üçün İstanbuldakı hava limanlarına ingilis polisinin yerləşdirilməsini təklif edib.

Ötən həftələrdə ingiltərəli 3 qız İŞİD-ə qoşulmaq üçün Türkiyə üzərindən Suriyaya keçib. İngilis polisi və kəşfiyyatı isə ölkə vətəndaşlarının terror təşkilatına qoşulmasının qarşısını almaqda çətinlik çəkir. Buna görə ölkə vətəndaşları tərəfindən tənqid olunan İngiltərə rəhbərliyi çıxış yolunu Türkiyəyə polis göndərməkdə görür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm