Ərdoğan “eybəcər” heykələ görə 10 min lirə cərimə olundu
Bizi izləyin

Dünya

Ərdoğan “eybəcər” heykələ görə 10 min lirə cərimə olundu

Türkiyə-Ermənistan sərhədindəki "qardaşlıq" heykəlinin söküntüsü ilə bağlı məhkəmə prosesi keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəltəraş Mehmet Aksoya 10 min lirə mənəvi təzminat ödəməsi barədə qərar verib.

Qeyd edək ki, “İnsanlıq abidəsi” heykəli heykəltəraş Mehmet Aksoy tərəfindən Qarsda ucaldılıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan Sarıqamış şəhidlərinin anım mərasimləri üçün getdiyi Qarsda abidəni “eybəcər” (“uçube”) adlandıraraq onun bələdiyyə tərəfindən yıxılacağını və yerində park tikiləcəyini söyləyib.

Türk-erməni “dostluğu”nu əks etdirən heykəlin hündürlüyü 35 metr, çəkisi isə 350 ton olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm