Fransa yenidən təhlükədə
Bizi izləyin

Dünya

Fransa yenidən təhlükədə

Fransada bir çox məscidə son bir həftə ərzində müsəlmanların təhqir edildiyi 30-a yaxın məktub göndərilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa İslam Əleyhdarlığı ilə Mübarizə Təşkilatının başçısı Abdallah Zekri bildirib.

Zekri gələn məktublarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini söyləyib. O, məktublarda islam dini və Məhəmməd peyğəmbərin ünvanına təhqirlərin yer aldığını deyib.

Fransa polisinin məlumatına görə, ölkəni sarsıdan son terror hücumlarından sonra - 7-20 yanvar tarixlərində müsəlmanlara qarşı 128 hücum həyata keçirilib. Fransada “Odoxa” araşdırma şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə görə, fransızların 71 faizi ölkədə müsəlman əleyhdarlığının artdığını düşünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm