Lavrov: “Şərhi Obamanın vicdanına buraxıram”
Bizi izləyin

Dünya

Lavrov: “Şərhi Obamanın vicdanına buraxıram”

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov müxalifətçi Boris Nemtsovun qətli haqqında ABŞ prezidenti Barak Obamanın açıqlamasını şərh edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Lavrov Obamanın açıqlamasını onun vicdanına buraxdığını deyib.

“Ona yazmaq lazımdır, o, fikrini lazımı şəkildə ifadə edə bilmir”, - Lavrov vurğuladı.

ABŞ prezidenti bəyan edib ki, müxalifətçi Boris Nemtsovun öldürülməsi Rusiyada vətəndaş azadlığının pisləşməsinin göstəricisidir. “Mən nəyin baş verdiyini bilmirəm. Lakin mən bilirəm ki, Rusiyada mətbuat azadlığı, azad informasiya, vətəndaş hüquq və azadlıqları ilə bağlı vəziyyət 4,5 və ya hətta 10 il əvvəlkindən pisdir”.

Qeyd edək ki, fevralın 27-də axşam saatlarında Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm