Snauden ABŞ-a qayıtmaq istəyir
Bizi izləyin

Dünya

Snauden ABŞ-a qayıtmaq istəyir

Amerika xüsusi xidmətlərinin Moskvada qaçaq kimi yaşayan keçmiş casusu Eduard Snouden vətənə qayıtmaq istəyir.

Publika.az-ın məlumatına görə, bu barədə casusun vəkili Anatoli Kuçerena bu barədə məlumatı öz müştərisi haqqında yazdığı kitabın təqdimat mərasimində verib. Onun sözlərinə görə, müvəkkilinin ABŞ-a qayıtması üçün Almaniya hüquqşünasları ilə əməkdaşlıq olunur.

ABŞ rəsmiləri bildiriblər ki, onlar Snoudenin qayıdışını dəstəkləyirlər. Lakin o, Amerikada ona qarşı irəli sürülmüş ittihamlara cavab verməli olacaq.

Birləşmiş Ştatlar Snowden-i kəşfiyyat sirlərini yaymaqda ittiham edir. Snouden bildirib ki, o ABŞ-da ədalətli mühakimə olunacağına əmin olarsa, vətəninə qayıtmağı düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm