Dünya
Ərdoğanın təyyarəsi havada qaldı
Səudiyyə Ərəbistanına rəsmi səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi havaada qalıb.
Publika.az xəbər verir ki, Səud hava yollarından birinə məxsus
təyyarə Səbihə Gökçən hava limanında enişi zamanı texniki nasazlıq
səbəbilə uçuş zolağında qalıb. Yaranan vəziyyətə görə hava
limanınında yarım saat uçuşlar dayandırılıb.
Hava limanından verilən açıqlamada bildirilib ki, eniş həyata
keçirə bilməyən təyyarələr havada dövrə vurmağa məcbur olublar.
Nasazlığı olan təyyarə uçuş zolağından aparıldıqdan sonra bütün
reyslər bərpa edilib.
Havada qalan təyyarələrdən biri də Türkiyə prezidentinin olduğu
təyyarə imiş. Uçuşlar dayandırılmadan 10 dəqiqə əvvəl Ərdoğanın
şəxsi təyyarəsi Ankaradan İstanbula doğru uçurmuş. Yaranan problem
səbəbilə həmin təyyarənin havada 2 dəfə dövrə vurduğu, uçuşlar
açıldıqdan 18 dəqiqə sonra Yerə endiyi bildirilir.
Türkiyə prezidenti və həyat yoldaşı hava limanından Üsküdardakı
evlərinə yollanıb.
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq