Dünya
Nemtsovun qətlini üzərinə götürənlər tapıldı - VİDEO
Özlərini “Yeni Rusiya” adlandıran terrorçu qruplaşma Boris Nemtsovun qətlini öz üzərinə götürüb.
Axar.az xəbər verir ki, 3 maskalı gənc bu barədə sosial şəbəkədə video yayımlayıb.
Onlar Nemtsovun Rusiyaya xəyanət etdiyini bildiriblər:
“Biz “Yeni Rusiya” partizanları, “Rusiç” təxribat və hücum kəşfiyyat qrupu (DŞRQ) Moskvada keçirilməsi gözlənilən 1 mart mitinqi ərəfəsində Nemtsovun cəzasını vermək qərarına gəldik. O, həyatı boyu dövlətimizi və xalqımızı satdı. O, Donbasda xalqımızı öldürənləri dəstəklədi. Bu bizim ilk aksiyamızdır. Əgər kimsə, bundan sonra Nemtsovun yolu ilə gedərsə, eyni cəzanı alacaq”.
Rusiya hüquq mühafizə orqanları isə bu bəyanata hələlik heç bir reaksiya verməyib.
Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı