İŞİD-ə qarşı Mosul əməliyyatı - 3 mərhələli PLAN
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı Mosul əməliyyatı - 3 mərhələli PLAN

ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri İraqın İŞİD terror təşkilatının əlində olan Mosul şəhərinin azad olunması əməliyyatına aprelin sonu - mayın əvvəllərində başlayacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mosulun azad olunması əməliyyatı üç mərhələdə həyata keçiriləcək.

1.Birinci mərhələdə İŞİD-in Mosuldakı mövqelərinə hava zərbələri endiriləcək. İŞİD liderlərinə qarşı nöqtə əməliyyatları həyata keçiriləcək. Hava əməliyyatı isə 4-5 ay davam edəcək.

2.Hava əməliyyatları və lider heyətin məhv edilməsi ilə təşkilatın zəiflədilməsi nəzərdə tutulub. İraq ordusunun quru əməliyyatı isə ən tez halda oktyabr ayında başlayacaq. Həmin vaxta kimi İraq ordusuna təlim veriləcək.

3.Mosul əməliyyatı üçün 20-25 min hərbçinin lazım olduğu bildirilir. Peşmərgə və peşəkar kürd silahlı gücləri İraq ordusunun Mosul əməliyyatından əvvəl Anbar şəhərinin ətrafındakı təhlükələri aradan qaldıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm