Nemtsovun qətlində daha bir yenilik – Qatillər polis avtomobilində olublar
Bizi izləyin

Dünya

Nemtsovun qətlində daha bir yenilik – Qatillər polis avtomobilində olublar

Rusiya müxalifətçisi Boris Nemtsovun qatillərinin istifadə etdiyi “Ford” avtomobilinin hansı quruma aid olduğu məlum olub.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin mətbuat xidmətindən avtomobilin Maliyyə Nazirliyi və digər strukturlara xidmət edən mühafizə idarəsinin (FQUP) avtomobili olduğu bildirilib.

Dünən isə “LifeNews” telekanalı məlumat yayıb ki, istintaq cinayət işinin araşdırılması çərçivəsində Maliyyə Nazirliyinin avtomobilini axtarır.

Xatırladaq ki, Rusiya Federasiyası hökumətində bir sıra yüksək postlar tutmuş Nemtsov fevralın 27-də axşam saatlarında Moskva mərkəzində qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm