Çinlilər ərəbləri qəzəbləndirdi - FOTOLAR
Bizi izləyin

Dünya

Çinlilər ərəbləri qəzəbləndirdi - FOTOLAR

Təqliddə sərhəd tanımayan çinlilər bu dəfə misirliləri qəzəbləndirəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin Misirdəki Böyük Qiza Sfinksini təqlid edib.

Misirin paytaxtı Qahirədə ucaldılan Böyük Qiza Sfinksinin az qala eynisini bir parkda ucaldan Çin şirkəti əsas məqsədinin Dünya Mədəniyyət Mirası parkının yaradılması olduğunu açıqlayıb.

Xatırladaq ki, Misir ötən ilin may ayında Böyük Qiza Sfinksinin ucaldılması barədə xəbərlərin yayılmasından sonra Çinə etiraz etmişdi. Edilən bütün xəbərdarlıq və şikayətlərə baxmayaraq, çinli səlahiyyətlilər parkda Böyük Qiza Sfinksi ilə yanaşı, Eyfel Qülləsi və bir Avstriya kəndinin tikiləcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm