Vəkil müvəkkilinin günahkar olduğunu etiraf etdi
Bizi izləyin

Dünya

Vəkil müvəkkilinin günahkar olduğunu etiraf etdi

Birinci məhkəmə iclasında Cohar Tsarnayevin vəkili Boston marafonunda partlayışın Cohar tərəfindən təşkil edildiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Vəkil Kudit Klarkın sözlərinə görə, ittiham edilənin qardaşı Tamerlan Tsarnayev terror aktını planlaşdırıb və Cohar terror aktını həyata keçirib. Öz növbəsində, köməkçi prokuror bildirib ki, Tsarnayev qardaşları müsəlmanlar ölkələrdəki hərbi hərəkətlərə cavab olaraq ABŞ-ı cəzalandırmaq istəyirdilər: “Cohar inanırdı ki, o, amerikalılara qarşı müqəddəs müharibədə əsgərdir”.

Cohar Tsarnayev isə ona qarşı irəli sürülən ittihamları qismən qəbul edir.

Xatırladaq ki, terror aktı 2013-cü il aprelin 15-də Boston marafonunda törədilib. Terror aktı nəticəsində 3 nəfər ölüb, 250-dən çoxu yaralanıb. Partlayışların təşkilində təxminən 10 il ABŞ-da yaşayan Tsarnayev qardaşları ittiham edilib. Tamerlan Tsarnayev əməliyyat zamanı öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm