Məscidin girişinə donuz ayaqları qoydular
Bizi izləyin

Dünya

Məscidin girişinə donuz ayaqları qoydular

Bolqarıstanın Blaqoevqrad şəhərindəki məscidin girişinə donuz ayaqları ilə qanlı ürəklər qoyulub.

Axar.az xəbər verir ki, Bolqar mediası bunun təxribat kimi qiymətləndirib. Media hadisənin Bolqarıstanın Osmanlıdan ayrılaraq müstəqilliyini elan etməsinin 137-ci ildönümünün qeyd olunduğu gündə reallaşdırılmasına diqqət çəkib. Gecə yarısı baş verən hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Qeyd edək ki, keçən həftə Blaqoevqrad bölgəsində yaşayan müsəlmanlar son dövrdə bölgədə islam dininə qarşı hücumlara etiraz etmək məqsədi ilə “Gotz Delçev”də yürüş təşkil edib. Yürüşə qatılan müsəlmanlar “Ayrıseçkiliyə, islamafobiyaya yox” şüarı ilə sülhməramlı çağırışlar ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm