Bankda iki günə 192 min hesab açıldı - Rekord
Bizi izləyin

Dünya

Bankda iki günə 192 min hesab açıldı - Rekord

Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarətetmə Təşkilatının Bank Asyada apardığı araşdırmaların maraqlı nəticələri olub.

Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarətetmə Təşkilatının Bank Asyada apardığı araşdırmaların maraqlı nəticələri olub.

Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bankda iki gün ərzində 192 min hesabın açıldığı müəyyən olunub.

Bankda hesab açanların isə digər banklardan kredit götürərək Bank Asyaya yatırdığı üzə çıxıb. Sözügedən bankda hesab açanların artması isə dini lider Fəthullah Gülənin “Bank Asyaya pul yatırın” təlimatı ilə izah edilir. Bu çağırışdan sonra camaata yaxın bəzi iş adamlarının banka dəstək üçün fəaliyyətə başladığı bildirilir.

Bankçılıq Tənzimləmə və Nəzarətetmə Təşkilatı həmçinin hesablarını bağlamaq istəyən vətəndaşlara çətinliklər yaradıldığı ilə bağlı şikayətləri də araşdırıb. Qurum səlahiyyətliləri bu istiqamətdə şikayətlərin olduğunu təsdiqləyib və hesabı bağlananlara çətinliklər yaradılmasının Banklar Qanununa zidd olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm