İranla ABŞ yenə də razılığa gələ bilmədilər
Bizi izləyin

Dünya

İranla ABŞ yenə də razılığa gələ bilmədilər

ABŞ Dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cenevrədə 3 günlük danışıqları başa vurublar.

Zərif danışıqlarda müəyyən irəliləyiş olduğunu, amma yükun razılaşma üçün hələ çox iş görülməli olduğunu deyib. Kerri isə danışıqların hələ də çətin olaraq qaldığını söyləyib.

Liderlərin növbəti görüşü martın 15-də olacaq.

Tehranla ümumi danışıqlarda ABŞ,Rusiya,Çin,Böyük Britaniya, Fransa və Almaniya iştirak edir. Tərəflər iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər. Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərədə tutulur.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm