Putin növbəti seçkilərdə də qələbə çalacaq - SORĞU
Bizi izləyin

Dünya

Putin növbəti seçkilərdə də qələbə çalacaq - SORĞU

Rusiyada növbəti prezident seçkiləri ən yaxın günlərdə keçirilsə, hazırkı dövlət başçısı birinci turda qələbə qazanar.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Levada” Mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Mərkəzin açıqladığı məlumatlara əsasən, Rusiya Federasiyası vətəndaşlarının 59 faizi Putinə səs verməyə hazırdır. Respondentlərin 7 faizi Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov üçün səs verməyə hazır olduğunu bildirib. Əhalinin 4 faizi Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskini dəstəkləyir. Rusiya müdafiə naziri Sergey Şoyqu, baş nazir Dmitri Medvedev və müxalifətçi Aleksey Navalnının hər biri seçicilərin 1 faizinin səsinə ümid edə bilər.

Respondentlərin 57 faizi üç il sonra prezidentin postunda Putini yenidən görmək istəyir. Onların hər dörd nəfərdən biri başqa şəxsin prezident olmasını istəyir, 19 faizi isə cavab verməkdə çətinlik çəkib.

20-23 fevral tarixlərində keçirilən sorğuda 46 regionun 134 yaşayış məntəqəsinin 1600 sakini iştirak edib. Statistik səhvin 3,4 faizi keçmədiyi deyilir.

“Levada” Mərkəzinin bundan əvvəlki sorğusuna əsasən, Rusiya prezidentinin reytinqi 86 faiz təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm