İsraildən “Mavi Mərmərə” ilə bağlı təzminat - 1 milyard dollar
Bizi izləyin

Dünya

İsraildən “Mavi Mərmərə” ilə bağlı təzminat - 1 milyard dollar

İsrail hökuməti yəhudi iş adamı vasitəsilə ”Mavi Mərmərə” hücumunda zərər çəkənlərin vəkillərinə sürpriz təklif edib.

Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, İsrail Qəzzadakı mühasirəni yüngülləşdirəcək “'Yaşıl xətt” layihəsini işə salmağı və “Mavi Mərmərə” hücumundan zərər çəkənlərə 1 milyard dollarlıq təzminat verməyi təklif edib.

Qəzetin xəbərinə görə, Türkiyənin Mersin limanında qurulması təklif edilən “'Yaşıl xətt” vasitəsilə Türkiyədən Qəzzaya gedən malların İsrail gömrüyünə ilişmədən ünvana çatdırılması nəzərdə tutulur. Sözügedən yəhudi iş adamının 3 ay bundan əvvələ kimi Türkiyədə yaşadığı bildirilir.

Xatırladaq ki, 2010-cu il mayın 31-də İsrail hərbçiləri Qəzzaya yardım aparan “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum edib. Hücum nəticəsində 9 Türkiyə vətəndaşı ölüb. 2012-ci ilin mart ayında isə İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin baş naziri (hazırkı prezident) Rəcəb Tayyib Ərdoğana zəng edərək hücuma görə rəsmi şəkildə üzr istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm