Saakaşvili: “Silah olmasa, islahatlara da ehtiyac olmayacaq”
Bizi izləyin

Dünya

Saakaşvili: “Silah olmasa, islahatlara da ehtiyac olmayacaq”

Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi və İslahatlar üzrə Beynəlxalq məşvərətçi şuranın sədri Mixail Saakaşvili ABŞ Senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə çıxış edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, Saakaşvili növbəti dəfə ABŞ-ı Ukraynaya müdafiə silahları verməyə çağırıb.

Sabiq prezident bildirib ki, Rusiyanın hücumunu dayandırmaq üçün Ukraynaya tank əleyhinə silahlar verilməsi son dərəcə vacibdir. “Əgər bu silahlar olmayacaqsa, o halda Ukraynaya islahatlar aparmaq da lazım olmayacaq”, - Saakaşvili xəbərdarlıq edib.

O, ABŞ-ın Ukraynaya silah vermək üçün mövqeyini avropalılarla uyğunlaşdırmağa məcbur olduğu barədə arqumenti rədd edib. Saakaşvilinin fikrincə, Almaniya çətin ki, Ukraynaya silahların verilməsi ilə razılaşacaq.

Saakaşvilinin sözlərinə görə, Rusiya Ukraynanın şərqi və cənubunda yeni əraziləri tuta, bununla da Kiyevdə hakimiyyətin stabilliyi pozmağa çalışa bilər.

O, 3 gün əvvəl Ukraynanın “5 kanal”ın efirində qeyd edib ki, ABŞ-ın Ukraynaya müdafiə silahlarını çatdırması haqqında məsələ praktik olaraq həll edilib: “Bu məsələ, demək olar ki, 99 faiz həll edilib. Yekun qərarın nə zaman veriləcəyini bilmirəm. Ümid edirəm ki, bu ən yaxın zaman ərzində olacaq. Çünki Ukraynanın vaxtı çox azdır”.

ABŞ-dan fərqli olaraq, Avropanın bir çox ölkəsi, o cümlədən Almaniya, Fransa, Danimarka, Estoniya, İtaliya və Macarıstan Ukraynaya silah yardımına qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm