Yanukoviçə qarşı sanksiyalar ləğv oluna bilər
Bizi izləyin

Dünya

Yanukoviçə qarşı sanksiyalar ləğv oluna bilər

Avropa Birliyi Şurası bu gün Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və ölkənin digər yüksək vəzifəli keçmiş məmurları barəsində sanksiyaları yenidən gözdən keçirəcək.

Publika.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ukraynanın keçmiş hakimiyyətinin dörd nümayəndəsinə qarşı irəli sürülmüş ittihamlar geri çəkilə bilər.

Xatırladaq ki, Avropa Birliyi 5 mart 2014-cü ildə Ukraynanın 18 yüksək vəzifəli keçmiş məmurunun aktivlərini dondurub və viza qadağaları tətbiq edib. Siyahıya Viktor Yanukoviç başçılıq edirdi. Sanksiyaların müddəti bir il idi. Ukraynalı məmurlar dövlət mülkiyyətini qanunsuz əldə etməkdə ittiham olunub.

Siyahıda keçmiş prezidentdən başqa keçmiş baş nazir Nikolay Azarov, sabiq prezidentin oğlu Aleksandr Yanukoviç, sabiq daxili işlər naziri Vitali Zaxarçenko, sabiq baş prokuror Viktor Pşonka, prezident administrasiyası başçısının keçmiş birinci müavini Andrey Portnov, Təhlükəsizlik Xidmətinin sabiq sədri Aleksandr Yakimenko, sabiq ədliyyə naziri Yelena Lukaş yer alıb. Avropa Birliyi Şurasının qəbul edəcəyi qərarın sabah açıqlanacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm