Kadırov: “Həyat yoldaşım və uşaqlarım...”
Bizi izləyin

Dünya

Kadırov: “Həyat yoldaşım və uşaqlarım...”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov valideynlərə müraciət edərək uşaqların “WhatsApp”a girişini məhdudlaşdırmağa çağırıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, prezident ekstremist qrupların virtual mexanizmlərdən məharətlə istifadə etdiyini bildirib.

Kadırov daha əvvəllər rusiyalıları “Apple” şirkətinin məhsullarından, o cümlədən Amerikanın sosial şəbəkələrindən imtina etməyə çağırıb. Kadırov vurğulayıb ki, məhz sosial şəbəkələr və “WhatsApp” vasitəsilə dövlət əleyhinə kütləvi etiraz aksiyaları planlaşdırılır. Onun fikrincə, distans ünsiyyət vasitəsilə insanları aldatmaq daha rahatdır.

“Çoxları deyirlər ki, Misir və Liviyada dövlət çevrilişləri məhz sosial şəbəkələrdən başlayıb. Çünki cavan insanlar indi televizora baxmırlar, qəzetləri oxumurlar, onlar sosial şəbəkələrdə oturur və ünsiyyət saxlayırlar”, - çeçen lideri deyib.

O, həyat yoldaşı və uşaqlarının sosial şəbəkələrdə oturmadığını deyib: “Biz sosial şəbəkələrdən düzgün istifadə etmələri üçün gənclərlə işləyəcəyik. Sosial şəbəkələr narkomaniyadan daha pis xəstəlikdir”.

Kadırov ABŞ istehsalı olan “iPhone”dan imtina etdiyini xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm