İŞİD Səddamın etdiyini etdi
Bizi izləyin

Dünya

İŞİD Səddamın etdiyini etdi

İraq ordusunun Tikrit şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlar davam edir.

Publika.az xarici mediaya istinadən verdiyi xəbərə görə, terror təşkilatı İraq ordusu və koalisiya qüvvələrinin hava hücumlarından qorunmaq üçün neft quyularını yandırır.

İŞİD-in yandırdığı neft quyuları Tikrit şəhərinin şərqindəki Acil qəsəbəsidir. Təşkilatın məqsədi İraq və koalisiya təyyarələrini bölgəyə yaxınlaşmasına imkan verməməkdir. İŞİD Tikrit və şəhərin ətrafındakı üç qəsəbəni əlində saxlayır.

Qeyd edək ki, Tikrit şəhəri İraqın keçmiş prezidenti Səddam Hüseynin doğulub böyüdüyü şəhərdir. Onun da 2003-ci il ABŞ işğalı zamanı şəhərin müdafiəsi üçün neft quyularını yandırdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm