PKK silahı buraxmaq üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

PKK silahı buraxmaq üçün şərtini açıqladı

Kandil dağında PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık təşkilatın tərksilah olunması ilə bağlı ilk dəfə danışıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın tərksilah olunması qarşılığında hökumətin lazımı addımları atmalı olduğunu bildirib.

“Bütün dünyada bu cür problemlər üçün bir həll yolu var. Əvvəlcə problemlər siyasi həllini tapır, daha sonra isə silahlar yerə qoyulur”, - Cəmil Bayık deyib.

Xatırladaq ki, Türkiyə hökuməti və Xalqların Demokratik Partiyası (HDP) arasında fevralın 28-də keçirilən görüşdən sonra birgə bəyanat verilib. HDP heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata fövqəladə konqres keçirilməsi barədə müraciət etdiyini açıqlayıb. Qeyd edilib ki, Öcalan silahlı mübarizənin demokratik siyasətlə əvəzlənməsini istəyib.

HDP-li Sirri Süreyya Öndər “'PKK-nı silahı yerə qoymaq üçün konqres keçirməyə çağırırıq” deyib.

PKK silahı yerə qoyarsa, bu terror təşkilatının 1984-cü ildən indiyə kimi apardığı silahlı mübarizənin də başa çatdığı anlamına gələcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm