Əsəd şokda: Suriyada tarazlığı dəyişdirəcək həmlə
Bizi izləyin

Dünya

Əsəd şokda: Suriyada tarazlığı dəyişdirəcək həmlə

Suriyadakı ən güclü müxalif silahlı qruplardan olan “Əl-Nüsra” Cəbhəsi “Əl-Qaidə” terror təşkilatından ayrılmaq qərarına gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriya rəhbərliyinə qarşı döyüşən “Əl-Nüsra” Cəbhəsi “Əl-Qaidə”dən ayrılmaqla Körfəz ölkələrinin dəstəyini qazanmağa çalışacaq.

“Reuters”in verdiyi xəbərə görə, Qətər yaxın əlaqədə olduğu “Əl-Nüsra” Cəbhəsini “Əl-Qaidə”dən ayrılmağa çağırıb. İddiaya görə, Qətər kömək qarşılığında “Əl-Qaidə”dən ayrılmasını təşkilat qarşısında şərt olaraq irəli sürüb.

Qeyd olunur ki, təşkilatın “Əl-Qaidə”dən ayrılması və Qətər tərəfindən ciddi dəstəklənməsi onu güclü bir müxalif təşkilata cevirəcək. “Əl-Nüsra” Cəbhəsi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İŞİD-ə qarşı təşkil etdiyi hava hücumlarının tez-tez hədəfi olur. “Əl-Nüsra” Cəbhəsinin “Əl-Qaidə”dən ayrılması ilə bu hücumlardan da xilas olacağı təxmin edilir.

Təxmin edilir ki, təşkilatın “Əl-Qaidə” ilə əlaqələrini kəsməsi Qətər və digər Körfəz ölkələrinin Bəşər Əsəd rejimini devirmək üçün “Əl-Nüsra” Cəbhəsinə dəstək verməsinə imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm