• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Misir silahlanır

  • Dünya
  • 6 Mart 2015 04:29
  • 409 Baxış
Misir silahlanır

Rusiya Antey-2500 tipli hava hücumundan müdafiə sistemlərinin Misirə ixracına start verib.

Axar.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bir il ərzində tələb olunan təchizatın Qahirəyə çatdırılacağını açıqlayıb.

Antey-2500 Rusiya Quru Qoşunlarında istifadə olunan S-300V4 tipli sistemin ixrac olunan versiyasıdır. Yeni sistemlər 400 kilometrə qədər hədəfi rahatlıqla məhvetmə qabiliyyətinə malikdir.

Venesuelanın satın aldığı bu sistem bir müddət öncə İrana da təklif olunmuşdu. Bu arada Misirin Müdafiə naziri Sidqi Sobhi bir həftə davam edən Moskva səfərində rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib. Eyni zamanda, Aralıq dənizində müttəfiq ölkələrin döyüş gəmilərinin ortaq təlimlərinin keçirilməsi və terrorla mübarizə mövzusunda razılıq əldə olunub. Bundan başqa, görüşdə hərbi-texniki sahədə 3 razılaşma imzalanıb. Məlumat üçün bildirək ki, İran, İraq və Suriya ilə yaxın əlaqələri olan Rusiya Kipr ilə də ötən həftə hərbi sahədə əməkdaşlıq razılaşması imzalayıb. Aralıq dənizində hərbi qüdrətini gücləndirən Moskva Kipr limanlarından istifadə edə biləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR