"Boko Haram"ı İslam Dövləti ilə nə bağlayır?
Bizi izləyin

Dünya

"Boko Haram"ı İslam Dövləti ilə nə bağlayır?

ABŞ rəsmiləri Nigeriyanın Boko Haram qrupunun son videosunun onun İslam Dövləti ilə əlaqəsi olduğuna dair nümunə olmadığını deyir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "Amerikanın Səsi"nə bildirib ki, qruplar arasında tərəfdaşlıq mövcud deyil. Belə ki, Boko Haram Nigeriyadakı vəziyyət üzərində mərkəzləşib.

Boko Haramın yaydığı son videoda iki nəfərin başının kəsildiyi nümayiş etdirilib. Hər iki nəfərin də dizi üztə və yaraqlıların əllərində bıçaq onların arxasında durduğu göstərilib.

İslam Dövlətinin qara bayrağı ekranın sağ küncündə dalğalanıb.

Videonu araşdıran SITE kəşfiyyat xidməti İslam Dövlətinin videolarının bəzi elementlərindən burada istifadə edildiyini bildirir. Məsələn ürək döyüntüsü və nəfəs səsləri kimi. Başı kəsilməzdən əvvəl özünü Davud Məhəmməd kimi təqdim edən şəxs polisin ona casusluq üçün 25 dollar məbləğində pul verdiyini etiraf edib. Videoda onun qətlə yetirilməsi nümayiş etdirilməyib.

ABŞ rəsmisi bənzərliklərin təsadüfi olmadığını deyib. Belə ki, Boko Haramın öz təbliğat səylərini gücləndirmək məqsədi ilə İslam Dövlətindən bəzi elementlərini götürdüyünü vurğulayıb. Onlar sosial mediada biri-birinin üstünə qışqırmaqla qüdrətlərini nümayiş etdirməyə çalışır.

Bu yaxınlarda Boko Haram sosila media İŞİD-a sədaqət andı içilməsini təklif edib.

ABŞ rəsmisi onların bu yolla həqiqətən də birlikdə çalışdıqlarını göstərmək istədiklərini bildirib. Boko Haramın son videosunun harada və nə zaman çəkildiyi bəlli deyil.

İlk dəfə qrup oktyabr ayında Higeriyanın hava qüvvələrinin pilotunun öldürülməsini göstərən video yaymışdı.

Boko Haram 2009-cu ildən bəri minlərlə insanın qətlinin məsuliyyətini daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm