• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kiyev yenə qarışdı, ölənlər var -VİDEO- FOTOLAR(Yeniləndi)

  • Dünya
  • 18 Fevral 2014 14:49
  • 753 Baxış
Kiyev yenə qarışdı, ölənlər var -VİDEO- FOTOLAR(Yeniləndi)

-

Kiyevdə bu gün etiraz edənlərlə güc strukturları arasında baş verən toqquşmalardan sonra müxalifət ciddi tələblərlə çıxış edib. “UDAR” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçə yubanmadan növbədənkənar parlament və prezident seçkiləri elan etməsi üçün müraciət edib. Onun fikrincə, bu addım cəmiyyətdəki hərarəti aşağı sala bilər. Bundan əlavə, Kliçko parlamentdə keçirdiyi brifinqdə Yanukoviçdən təcili olaraq güc strukturlarını paytaxtın mərkəzindən yığışdırmasını da tələb edib.

Kliçkonun fikrincə, parlament yeni hökuməti formalaşdırmalıdır. Müxalifət isə hökumətin formalaşdırılması ilə bağlı məsuliyyəti üzərinə götürməyə hazırdır.

Hazırda Kiyevin mərkəzində bir neçə yerdə etirazçılarla güc strukturları arasında ciddi qarşıdurma davam edir. Hətta ölənlərin olduğu da bildirilir.

Ukrayna parlamenti bu gün yeni baş naziri təsdiq etməlidir. Fevralın 18-də yenidən fəal etirazlara başlayan müxalifətin tələbləri Ukraynanı 2004-cü ildə olduğu kimi parlament respublikasına qaytarmaq, bunun üçün ölkə konstitusiyasında müvafiq dəyişikliklərin edilməsdir. Prezident Yanukoviç belə bir tələbin həyata keçrirlməsinə aylarla vaxt tələb olunduğunu deyir. Müxalifət liderləri bu fikirlə razı deyillər. Avromaydan liderləri ilə prezident arasında son həftələr gedən danışıqların əsas problemi də məhz bundan ibarətdir. Lakin müəyyən razılıqlar da əldə olunub. Fevralın 17-də hökumət ötən toqquşmalarda həbs olunan Avromaydan fəallarını azad edəndən sonra etirazçılar noyabrdan qərargah kimi istifadə etdikləri Kiyev şəhər bələdiyyəsinin binasını tərk ediblər.

13.29

Ukraynada vəziyyət yenidən gərginləşib. Ukrayna KİV-in yaydığı məlumatlara görə, fevralın 18-də parlamentin sessiyası qarşıdurma ilə başlayıb.

Sessiyanın gündəliyinə yeni baş nazirin seçkisi məsələsi salınıb. Müxalifət isə 2004-cü ilin konstitusiyasına qayıtmaqla bağlı qərar layihəsinin də gündəliyə salınmasını tələb edib. Parlament rəhbərliyi əvvəlcə buna etiraz edib, ancaq müxalifətçi deputatlar tribunanı və sədarəti tutaraq iclasa imkan verməyəndən sonra deyilən qərar layihəsi gündəliyə salınıb.

Parlamentin binası önündə də müxalifət tərəfdarları toplaşmağa başlayıblar. Maydandan 10 min nəfər ayrılaraq parlamentin binası önünə gedib. Etirazçılar binanın mühafizəsi üçün cəlb olunmuş Daxili Qoşunların əsgərlərini geri sıxışdıra və canlı səddi yara biliblər. Daxili Qoşunların 3 maşını ələ keçirilib.

Bundan başqa Qruşevsk küçəsində də etiraz aksiyası yenidən başlayıb. Etirazçılar maşın təkərlərini yandırıblar. Qara tüstü Kiyevin üzərini bürüyüb.

Təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Etirazçılar təhlükəsizlik qüvvələrini daşa basıb, onlar isə etirazçılara qaz bombaları və rezin güllələrlə cavab verib.

Bu arada müxalifət liderlərindən Vitali Kliçko bəyan edib ki, Avropa Parlamenti Yanukoviç hökumətinə qarşı istənilən an sanksiya tətbiq edə bilər.

Xatırladaq ki, ötən gün Ukrayna müxalifətinin liderləri ilə Almaniya federal kansleri Angela Merkel arasında görüş keçirilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR