Dörd ölkə Ukraynadakı vəziyyəti müzakirə edəcək
Bizi izləyin

Dünya

Dörd ölkə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, görüşdə əsasən Ukraynanın şərqindəki vəziyyət müzakirə olunacaq.

Növbəti addım 3 həftə əvvəl əldə edilən Minsk razılığının şərtlərinin həyata tətbiqi olacaq. Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir.

Kiyev üsyançıların fevralın 15-də qüvvəyə minən atəşkəsə riayət etmədiyini, Donetsk və Mariupol şəhərlərində qüvvələrin toplaşdığını bildirir.

Polşanın Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Koziej deyib ki, Ukrayna qüvvələrinin möhkəmləndirilməsi Avropa, Ukrayna və Polşanın maraqlarına xidmət etməklə yanaşı, Ukraynanın şərq regionunda deskalasiyaya yardım edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm