• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-ın ən hündür göydələni satılır

  • Dünya
  • 6 Mart 2015 08:12
  • 369 Baxış
ABŞ-ın ən hündür göydələni satılır

ABŞ-da hündürlüyünə görə ikinci göydələn olan Willis Tower satışa çıxarılıb.

Publika.az-ın məlumatına görə, bu barədə məlumatlı mənbələrə istinad edən Bloomberg agentliyi xəbər yayıb. Məlumata əsasən əvvəllər Sears Tower kimi tanınan Çikaqo göydələninin qiyməti təxminən 1,5 milyard dollar təşkil edə bilər. Hazırda binaya Lloyd Qoldman və Cozef Çetritin daxil olduğu investorlar qrupu sahibdir. 2004-cü ildə onlar göydələni MetLife kompaniyasından 841 milyon dollara almışdılar.

1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub. Hündürlüyü 443 metr olan Willis Tower, eyni zamanda dünyanın ən uca göydələnləri sırasında 12-ci yerdə qərarlaşıb. Hər il binanı 1 milyondan çox turist ziyarət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR